Aİ xarici işlər nazirləri gələn həftə Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə edəcəklər

2025/11/1764171652.jpg
Oxunub: 392     10:24     17 Aprel 2026    
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas aprelin 16-da bildirib ki, Avropa İttifaqı artıq gələn həftə Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləməyi, həmçinin Ukraynaya kredit şəklində 90 milyard avro ayrılması məsələsini razılaşdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kallas sosial şəbəkələrdə yazıb: “Çoxdan vaxtıdır ki, Aİ 90 milyard avronun ayrılması üzrə bloklanmanı aradan qaldırsın və 20-ci sanksiya paketi ilə irəli getsin. Aİ Xarici İşlər Şurası bunu gələn həftə müzakirə edəcək”.

Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində növbəti iclası aprelin 21-nə planlaşdırılıb. Görüş Lüksemburqda keçiriləcək.

Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar həmin gün bildirib ki, ölkə “Drujba” neft kəmərinin fəaliyyətinin bərpasına təminat almayana qədər Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbuluna mane olacaq.

O həmçinin bildirib ki, Bratislava Aİ tərəfindən Ukraynaya 90 milyard avro kredit verilməsinə etiraz etməyəcək. Bu qərara indiyədək Macarıstan mane olurdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas     Rusiya  


Bizi "telegram"da izləyin