Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Eyni zamanda, ABŞ-nin maliyyə naziri Skott Bessent “İqtisadi Qəzəb” əməliyyatına başlayır və [İrana qarşı] iqtisadi təzyiqi ABŞ hökumətinin bütün strukturlarında maksimum səviyyəyə çatdırır”, - deyə o qeyd edib.
Heqset həmçinin Tehrana ABŞ tərəfindən bombardman kampaniyasının genişləndirilməsinə hazır olduqları barədə xəbərdarlıq edib və respublikanı “ağıllı seçim etməyə” çağırıb.
O əlavə edib ki, bütün dünya Amerika qoşunlarının “iri hərbi əməliyyatlar aparmaqdan asanlıqla birinci dərəcəli blokadanın tətbiqinə keçdiyini” izləyir və ABŞ “çox sürətlə birinci dərəcəli blokadaya, lakin daha güclü formada qayıda bilər”.
Sevinc Əliyeva
Ordu.az