ABŞ qüvvələri Hörmüzdə İran nefti daşıyan tankeri saxlayıb - VİDEO

2026/04/1776194198.jpg
Oxunub: 372     09:48     17 Aprel 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi hava qüvvələrinin İran nefti daşıyan tankeri saxladığını əks etdirən görüntünü yayıb.

Bu barədə Ordu.az xəbər verir.

Məlumata görə, "Deep Sea" adlı gəmidə 2 milyon barrelə yaxın neft daşınıb və Hörmüz boğazının blokadası çərçivəsində hərbçilər rabitə vasitəsilə onları geri dönməyə məcbur edib.

Xatırladaq ki, daha əvvəl İranda iki tankerin Hörmüz boğazından maneəsiz keçdiyi bildirilmişdi. Lakin CENTCOM bu məlumatı təkzib edərək, heç bir tankerin blokadanı yarıb keçə bilmədiyini bəyan edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin