Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşüb

2026/04/1776400255.jpg
Oxunub: 293     00:34     17 Aprel 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında Antalyada görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşdə Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar da iştirak edib.

Görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Şərif və İshaq Dar 17-19 aprel tarixləri aralığında baş tutacaq 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə Türkiyədə səfərdədirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pakistan  


Bizi "telegram"da izləyin