Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
ABŞ prezidenti bildirib: “Roma Papasının bunu başa düşməsi çox vacibdir... İran tamamilə silahsız olan 42 min insanı öldürüb”.
O, İranın nüvə silahına sahib ola bilməyəcəyini yenidən təkrarlayıb və Roma Papasının bunu anlamalı olduğunu qeyd edib.
Trampdan Roma Papası ilə “fikir ayrılıqlarını aradan qaldırmaq üçün” görüşüb-görüşməyəcəyi soruşulduqda, o cavab verib: “Bunun zəruri olduğunu düşünmürəm”.
ABŞ prezidentindən Roma Papası ilə mübahisəsinin katolik tərəfdarlarını qəzəbləndirib-qəzəbləndirmədiyi soruşulub.
“Xeyr, xeyr, xeyr, mən narahat deyiləm. Mən düzgün davranmalıyam”, - deyə Tramp bildirib.
Mövqeyi ilə bağlı sualdan sonra o, tonunu bir qədər yumşaldaraq deyib: “Mənim Roma Papasına qarşı heç nəyim yoxdur, amma Roma Papası ilə razılaşmaya bilərəm... Mənim Roma Papası ilə razılaşmamaq hüququm var”.
ABŞ prezidenti əlavə edib ki, o, Roma Papasının qardaşını tanıyır və onun “MAGA-nın (“Make America Great Again” - “Amerikanı Yenidən Böyük Edək” konsepsiyası) həqiqi tərəfdarı” olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az