Erməni politoloq: “Əgər ABŞ və İsrail bu zərbəni endirsə, bu, Ermənistan üçün də Çernobıl faciəsi demək olacaq”

2026/03/1773129437.jpg
Oxunub: 355     11:55     10 Mart 2026    
“İrana qarşı hərbi əməliyyatlar Ermənistan üçün təhlükə yaratmaya bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Şəbəkə Araşdırmaları İnstitutunun direktoru, erməni politoloq Qaqik Harutyunyan deyib.

“Son söhbətlərimizdən birində demişdim ki, İranın bəzi nüvə obyektləri ölkənin şimalında, yəni bizim sərhədə çox yaxın yerləşir. İndi vəziyyət getdikcə gərginləşir, buna görə də həmin obyektlərə zərbələr endirilməsi istisna deyil və bu, Ermənistan üçün də birbaşa təhlükə deməkdir. Allah eləməsin, əgər ABŞ və İsrail bu zərbəni endirsə, bu, Çernobıl faciəsi demək olacaq, o cümlədən Ermənistan üçün də. Bizim üçün ən böyük təhlükə məhz budur”, - deyə o qeyd edib.

Erməni politoloqun fikrincə, əgər ABŞ və İsrailin İrana hücumları davam edərsə, iki variant mümkündür: ya hər şey təxminən iki həftə ərzində başa çatar, ya da ABŞ və İsrail üçün əlverişli olan bir ssenari həyata keçirilər və bu ssenariyə görə İranın indiki siyasi kursu dəyişdirilər.

“Sonuncu variantı az ehtimal edirəm, çünki görünür ki, İran xalqı bu təhlükə qarşısında daha çox birləşib. Amma əgər bu variant birdən gerçəkləşsə, bu o demək olacaq ki, Ermənistanın daha bir qonşusu yaranacaq ki, o da İsraillə birlikdə Ermənistanın maraqları və təhlükəsizliyinə qarşı fəaliyyət göstərəcək.

Bununla belə heç nəyi istisna etmək olmaz, çünki böyük geosiyasi təhlükə mövcuddur”, - deyə o qeyd edib.

Müharibənin bu üç gününü təhlil edən Harutyunyan belə nəticəyə gəlib ki, İranın siyasi və dini elitası xalqla birlikdə mübarizə aparmağa və ölkənin indiki siyasi kursunu qorumağa meyllidir.

Erməni politoloq həmçinin əmindir ki, İrana qarşı baş verən hadisələrə münasibətdə erməni xalqının mövqeyi ilə Ermənistanın hazırkı hakimiyyətinin mövqeyi əhəmiyyətli dərəcədə fərqlənir.

“İranın zəifləməsi anqlosaksonlara sərf edir və bu fonda Ermənistan hakimiyyətinin rəhbəri oturub nərd oynayırdı. Türkiyə və Azərbaycana gəlincə isə, onlar özlərini neytral aparırlar”, - deyə Harutyunyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan  


Bizi "telegram"da izləyin