Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

2026/06/1782459660.jpg
Oxunub: 206     11:31     26 İyun 2026    
Kanadanın Şimal-Qərb Ərazilərində yanğınsöndürənləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, adətən meşə yanğınlarının söndürülməsində istifadə olunan “Turbo Commander 690 Bird Dog 104” təyyarəsi Fort Simpson yaşayış məntəqəsindən təxminən 50 km məsafədə qəzaya uğrayıb.

Həlak olan yanğınsöndürənlər bölgədə baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarına cəlb olunmuşdular.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin