"Harutyunyan" sözünə uyğun 294 nəticə tapıldı!

Fərari erməni hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 460     16:32     04 Noyabr 2019    
Ermənistanda bir neçə gün bundan öncə hərbi hissəni özbaşına şəkildə tərk etmiş məcburi müddətli hərbi qulluqçu Q. Erikə qarşı ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan bildirib.

Sözügedən hərbi qulluqçuya qarşı Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 1-ci hissəsi (hərbi hissəni və ya xidmət yerini özbaşına şəkildə tərk etmə) ilə ittiham irəli sürülüb.

Harutyunyan həmçinin bildirib ki, hərbi qulluqçu komandanlığın nəzarətinə təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik