Zelenski UTX-nin Rusiyaya qarşı 40 günlük əməliyyatını elan edib

2026/06/1780994107.jpg
Oxunub: 191     00:57     26 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı 40 günlük əməliyyatın başlanmasına dair göstəriş verib.

Ordu.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

Prezidentin sözlərinə görə, əməliyyatın məqsədi Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa vadar etməkdir.

"General-mayor Yevgeni Xmaranın uzaqmənzilli zərbələr planımız və Ukrayna Təhlükəsizlik Xidmətinin, məhz "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin cəbhədəki nailiyyətləri barədə məruzəsi. Ukrayna Təhlükəsizlik Xidmətinin müharibəni bitirməyə vadar etmək naminə (Rusiyaya - red.) onlara təsir göstərəcək 40 günlük əməliyyatını təsdiqlədim", - paylaşımda bildirilib.

Zelenskinin sözlərinə görə, UTX müxtəlif növ dronların tətbiqi ilə artıq bir neçə aydır, cəbhədə Ukrayna mövqelərinin qorunması üzrə ən yüksək göstəricilər nümayiş etdirir. "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi işğalçı qüvvələrin şəxsi heyətinin və texnikasının məhv edilməsi nəticələrinə görə liderdir", - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   UTX  


Bizi "telegram"da izləyin