Emin Həsənzadə: "İrana 30 tona yaxın humanitar yardım göndərilib"

2026/03/Ekran-1773121232.jpg
Oxunub: 388     09:31     10 Mart 2026    
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb.

Ordu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.

O bildirib ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir: "Avtomobillər artıq yola düşməkdədir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin