Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

2026/03/Ekran-1773071502.jpg
Oxunub: 382     19:40     09 Mart 2026    
Meksikanın İrandakı səfirliyi bundan sonra fəaliyyətini Bakıda davam etdirəcək.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycana təxliyə olunan Meksikanın İrandakı səfiri Guillermo Alejandro Puente Ordorica bildirib.

Səfir media nümayəndələrinə açıqlamasında Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib:

"Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir və bu bizim buraya gəlməyimizin səbəblərindən biridir.

Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Azərbaycan  


Bizi "telegram"da izləyin