ABŞ Fars körfəzinin şimalında qırıcılar üçün hava yanacaqdoldurma zonası yaradıb

2024/09/1725957268.jpg
Oxunub: 330     17:34     09 Mart 2026    
ABŞ hərbi hava qüvvələri Fars körfəzinin şimalında, İran səmasında döyüş missiyalarını yerinə yetirən qırıcılar üçün hava yanacaqdoldurma zonası təşkil edib.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Itamilradar" portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin yanacaqdolduran təyyarələri dairəvi şəkildə Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında qırıcıları gözləmə rejimində hərəkət edir. Həmin qırıcılar isə havada yanacaqla təmin edildikdən sonra İranın dərinliklərində hədəflərin axtarışı və məhv edilməsi üzrə əməliyyatlar apara bilərlər.

Təl-Əvivdəki Ben Qurion hava limanından hər gün yanacaqdoldurma zonasına ABŞ-nin 5-7 yanacaqdolduran təyyarəsi uçur.

"Military Air Tracking Alliance" aviasiya resursunun məlumatına görə, hazırda Ben Gurion hava limanında 24 ədəd "KC-135 Stratotanker" və 9 ədəd "KC-46A Pegasus" yanacaqdolduran təyyarə yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fars-körfəzi  


Bizi "telegram"da izləyin