Azərbaycan MN: Türkiyəyə raket hücumu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir

2025/06/1750229793.jpg
Oxunub: 456     16:26     09 Mart 2026    
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyi bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.

Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:

"Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır"- deyə MN-dən bəyanatında qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin