Ordu.az xəbər verir ki, bu barədə “News.am” saytı məlumat yayıb.
“Bu gün siz dinc aksiya keçirirsiniz, amma sükut aksiyası yox, çünki biz danışmalıyıq. Bu ağrı haqqında artıq susmaq mümkün deyil. Bu əzaba, bu iztiraba dözmək mümkün deyil, biz övladlarımızı gözləyirik. Gözləmək və qeyri-müəyyənlik hər gün daha da ağırlaşır. Zamanın hər şeyi sağaltdığını demələri yalandır. Zaman bunu sağalda bilməz, çünki həsrət daha da artır. Biz bacarmırıq, biz artıq ölürük, anlayırsınız, biz sönürük. Çox sayda valideyn var ki, təəssüf ki, bu gün bizimlə deyil, çünki bu ağrıya dözə bilmədilər.
Biz Ədliyyə Nazirliyindən, Ombudsman aparatından və Prokurorluqdan tələb edirik ki, oğullarımızı tapsınlar”, - deyə 44 günlük müharibədə itkin düşmüş Varujan İsraelyanın anası Asya Danielyan deyib.
Alpər Mövludoğlu
Ordu.az