Ordu.az xəbər verir ki, xüsusilə Şimali Avropada artan təhlükəsizlik narahatlıqlarını və Ukraynadakı müharibənin təsirlərini nəzərə alaraq, bu strateji addım böyük əhəmiyyət kəsb edir.
Danimarka Müdafiə Nazirliyi Odensedəki Hans Kristian Andersen hava limanında yeni PUA mərkəzi inşa etmək planlarını açıqlayıb. Mərkəz Danimarka Müdafiə Qüvvələrinin təlim və əməliyyat ehtiyaclarını qarşılamaq üçün inşa ediləcək. Mərkəzin 2026-cı ilədək fəaliyyətə başlaması və 100-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
“UAS Denmark Test Center”in yerləşdiyi bu bölgə Şimali Avropanın aparıcı PUA sınaq və inkişaf mərkəzlərindən biri hesab olunur. Yeni mərkəzin sınaq mərkəzi ilə inteqrasiyası sayəsində Danimarkanın PUA ekosistemini daha da gücləndirəcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az