Ermənistanın baş naziri bunun məzmununu açıqlamayıb. O bildirib ki, tərəflərin razılığına əsasən, görüşə qədər məzmun gizli saxlanmalıdır. Lakin Paşinyanın Türkiyə səfəri ilə bağlı intriqa təkcə bu birgə bəyanatın məzmunu deyil, həm də ondan ibarətdir ki, Paşinyanın səfərindən bir gün əvvəl – iyunun 19-da Türkiyəyə Azərbaycan Prezidenti İlham Əliyev səfər edəcək.
Azərbaycan prezidenti Türkiyə prezidenti Ərdoğanla birlikdə 2023-cü il zəlzələsində dağılan Kahramanmaraş şəhərində olacaq, burada onların iştirakı ilə yeni inşa olunmuş Azərbaycan məhəlləsinin açılışı baş tutacaq. Prezidentin səfərinin başqa bir proqramı və ya müddəti, ən azı, hələlik məlum deyil. Xüsusilə məlum deyil ki, o, Türkiyədə nə qədər qalacaq, Ankaraya gedəcəkmi, iyunun 20-də orada olacaqmı, ya yox. Çünki əgər İlham Əliyev səfəri uzadarsa, bu halda Ərdoğanın tərəflər arasında görüş təşkil etməyə çalışması mümkündür.
Ərdoğan bu cür bir xahiş və ya təkliflə Azərbaycan prezidentinə müraciət edə bilər? Hər halda diqqətçəkən odur ki, İlham Əliyev və Paşinyanın səfərlərinin zamanlaması bu qədər “sıx” təşkil olunub. Təbii ki, istisna etmək olmaz ki, əgər Azərbaycan prezidenti Ankarada olarsa, Türkiyə hətta qeyri-rəsmi, ictimaiyyətə açıq olmayan bir təmas belə təşkil edə bilər. Hər halda, şübhəsizdir ki, Prezident İlham Əliyevin səfəri zamanı Ərdoğan onunla müzakirə edəcəyi məsələlərdə Ermənistana dair məqamlara xüsusi yer ayıracaq və həmin məsələlər ardınca Nikol Paşinyanla müzakirə olunacaq. Bu məsələlərin məzmununu isə təxmin etmək çətin deyil.
Aqil Məmmədov
Ordu.az