Məsələn, ötən il eyni məzmunda bəyanatlar ABŞ dövlət katibi Blinken və kəşfiyyat qurumlarının yüksək vəzifəli şəxsləri tərəfindən də səsləndirilib. Əgər bu bəyanatları bir araya gətirsək, belə təəssürat yaranır ki, İran yalnız qəsdən və ya bilməyərəkdən nüvə başlığına sahib olmaq fürsətini əldən verə bilərdi. İran belə bir “təhlükəsizlik təminatı”nı formalaşdırmaq fürsətindən imtina keçərdimi? Bu, bəlkə də ritorik sualdır.
Başqa məsələ isə odur ki, İran öz nüvə statusunu rəsmən elan etmir və bəlkə də etməyəcək. Bu, ehtimal ki, əlavə gərginlik yaratmamaq məqsədi daşıyır. Tehran üçün əsas məsələ nüvə statusu ilə öyünmək deyil, xarici təhlükəsizlik risklərini nəzarətdə saxlamaqdır. ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İranla nüvə sazişinə dair razılıq əldə olunması əvvəlki aylara nisbətən indi ona daha az mümkün görünür. Bu bəyanat, ehtimal ki, təkcə ABŞ-İran danışıqlarının tıxanmasının göstəricisi deyil, daha çox diplomatik manevr xarakteri daşıyır.
Əksinə, ABŞ-İran danışıqları bəlkə də nəticədən asılı olmayaraq, prosesin özü baxımından dəyərlidir. Təbii ki, bu proses sonsuza qədər davam edə bilməz, lakin eyni zamanda, tərəflərin tələsməsi üçün də mütləq zərurət görünmür. Böyük ehtimalla, Tramp üçün bu məsələ 2026-cı ildə keçiriləcək Konqresin aralıq seçkiləri ərəfəsində bir növ “seçki kozırı”na çevrilə bilər. Buna görə də ABŞ prezidenti İranla danışıqlarda “səhv start”a yol vermək istəmir.
Asif Cəfərov
Ordu.az