Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” məlumat yayıb.
Bu satınalma yeni müdafiə naziri Teo Frankenin rəhbərliyi ilə hazırlanan və 2035-ci ilə qədər 36 milyard avroya çatacaq müdafiə investisiyalarının bir hissəsidir.
Sözügedən plan 2025-ci ilin iyununda Haaqada keçiriləcək NATO Sammitinə qədər tamamlanacaq.
Ümumi dəyəri 4 milyard avro olan NASAMS paketi Belçikanın 1990-cı illərdən etibarən olmayan milli HHM qabiliyyətini bərpa etməyi hədəfləyir.
Sistem pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə və təyyarələrə qarşı effektivdir, AIM-120 AMRAAM və AMRAAM-ER raketlərindən istifadə edir.
NASAMS-ın Ukraynada uğurlu istifadəsi NATO ölkələrini bu sistemə yönləndirib. Belçikanın satınalması həm NATO hədəflərinə uyğunluğu təmin etmək, həm də Niderland ilə birgə HHM sistemlərini inkişaf etdirmək planlarının bir hissəsi hesab olunur.
Bununla belə, yerli sənayeyə məhdud töhfə və davamlı maliyyələşdirmə ilə bağlı daxili siyasi müzakirələr davam edir. Belçika hökuməti bu alışın birdəfəlik qərar olmadığını, uzunmüddətli müdafiə strategiyasının bir hissəsi olduğunu vurğulayır.
Sevinc Əliyeva
Ordu.az