Hizbullah lideri Livanda kimin silaha sahib ola biləcəyini açıqlayıb

2026/04/1775835077.jpg
Oxunub: 220     15:20     26 İyun 2026    
Livanda kimin silaha sahib ola biləcəyi məsələsi yalnız İsrail qüvvələrini Livan ərazisindən tamamilə çıxmasından sonra müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bunu Hizbullah lideri Naim Kasem bildirib.

"Silah məsələsi yalnız İsrailin tam və qeyd-şərtsiz geri çəkilməsindən sonra ölkə daxilində müzakirə mövzusu olacaq", - o bildirib.

Eyni zamanda, o, Hizbullahın Litani çayının şimalındakı ərazilərdə silahsızlaşdırılmayacağını vurğulayıb. O, hərəkatın döyüşçülərinin Əli Taher təpəsində qaldığını əlavə edib.

Kasemin sözlərinə görə, İsrail qoşunlarının çıxarılmasından sonra ölkə üçün hərtərəfli milli təhlükəsizlik strategiyası haqqında da danışmaq mümkün olacaq.

O, Hizbullahın İsrailin hərəkatı əzmək səylərini uğurla dayandırdığını və vəziyyətin yeni bir mərhələyə qədəm qoyduğunu söyləyib. O, İran-Amerika anlaşma memorandumunun ABŞ və İsrailin məğlubiyyətinin etirafı olduğunu iddia edib.

Hazırda Hizbullah və İsrail arasında kövrək atəşkəs qüvvədədir. Bu arada Livan və İsrail vəziyyətin normallaşdırılması ilə bağlı müzakirələr aparırlar. Vaşinqtonda başa çatması planlaşdırılan danışıqların beşinci raundu cümə gününə qədər uzadılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin