Venesuelaya 16 ölkədən xilasedicilər göndərilib

2026/06/1782392199.jpg
Oxunub: 186     15:06     26 İyun 2026    
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin sözçüsü Yens Lerke bildirib ki, bu həftənin əvvəlində baş verən güclü zəlzələlərdən sonra Venesuelaya 16 ölkədən təxminən 1000 xilasedici göndərilib.

Onun sözlərinə görə, İtaliya, Kolumbiya, Meksika, El Salvador, ABŞ, Çili və İsveçrədən axtarış-xilasetmə qrupları artıq Venesuelaya gəlib. Yaxın günlərdə Böyük Britaniya, Almaniya, İordaniya, İspaniya, Qətər, Niderland, Fransa, Çexiya və Ekvadordan qrupların ölkəyə gəlməsi gözlənilir.

Lerke BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinin Venesuelaya kömək üçün fövqəladə hallara cavab fondundan 15 milyon dollar ayırdığını açıqlayıb.

Xatırladaq ki, Venesuelada baş verən zəlzələlər nəticəsində ən azı 235 nəfər ölüb, daha 4300 nəfər yaralanıb. Fəlakət zonası elan edilən La Quayra ştatı ən çox zərər çəkənlər arasındadır. Qurbanların axtarışı və dəymiş ziyanın qiymətləndirilməsi davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin