Cənubi Koreyanın yeni prezidenti Li Çje Myon vəzifəsinin icrasına başlayıb

2025/06/1749013332.jpg
Oxunub: 480     04:30     04 İyun 2025    
İyunun 4-də yerli vaxtla saat 06:21-də (Bakı vaxtı ilə 01:21) Koreya Respublikasının yeni prezidenti Li Çje Myonun səlahiyyət müddəti başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Çunan İlbo” qəzeti məlumat yayıb.

Yerli vaxtla saat 06:15 radələrində seçkilərin nəticələrinin rəsmi yekunlaşdırılması və tanınması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) plenar iclası keçirilib.

"İndi saat 06:21-dir, Mərkəzi Seçki Komissiyası Li Çje Myoun seçildiyini elan edir", - MSK sədri No The Aak deyib. Həmin anda Li Çje Myonun prezidentlik müddəti rəsmən başlayıb. İnauqurasiyanın sadələşdirilmiş formada iyunun 4-də baş tutacağı gözlənilir.

Əvvəlcə MSK-nın iclasının təxminən bir saat sonra olacağı gözlənilirdi, lakin səslərin hesablanması gözləniləndən tez başa çatıb. Səsvermə bülletenlərinin 100 %-nin hesablanmasından sonra seçki kampaniyası zamanı müxalifətdə olan “Toburo” Demokratik Partiyasını təmsil edən Li Çje Myun 49,4 %, mühafizəkar “Vətəndaş gücü” Partiyasının namizədi Kim Mun Su isə 41,1 % səs toplayıb. “Yeni İslahat” Partiyasının nümayəndəsi Li Çjun Sok 8,3 % səs toplayıb.

Seçici fəallığı 79,4 faiz iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Myon  


Bizi "telegram"da izləyin