Ordu.az xəbər verir ki, bu iddia ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria çıxış edib.
"Raket qüvvələrimiz hərbi əməliyyat həyata keçirib. Bu zaman onlar Lod hava limanına Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək hücum ediblər", - o, deyib.
Sarianın sözlərinə görə, hava limanına ardıcıl endirilən zərbələr nəticəsində ABŞ hərbi nəqliyyat təyyarəsinin enişinin qarşısı alınıb.
Ordu.az