Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Cənubi Koreya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, bülletenlərin 50 %-nin seçilməsindən sonra liderdir.
“Tendensiya davam edərsə, xalqın qərarına hörmətlə yanaşacağam. Hələ nəsə demək tezdir, səslərin hesablanması davam edir”, - siyasətçi söyləyib.
Üç aparıcı telekanal analitik modellərin proqnozlarına əsasən onun qələbəsini proqnozlaşdırır.
“İnsanların ümidlərini, mənə həvalə olunmuş məsuliyyəti və missiyanı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm”, - Li Ce Myon bildirib.
Ordu.az