Sudanda BMT-nin yardım karvanına hücum olub, beş nəfər öldürülüb

2025/06/1748968986.jpg
Oxunub: 421     20:35     03 İyun 2025    
Sudanda BMT-nin aclıq olan ərazilərə ərzaq aparan yardım karvanına hücum olub.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu və Dünya Ərzaq Proqramının birgə bəyanatında deyilir.

Bildirilib ki, hücumda beş nəfər öldürülüb və Şimali Darfurun əl-Fəşir bölgəsində aclıqla üzləşən uşaqlar və ailələrə ərzaq çatdırılmasının qarşısı alınıb.

"Konvoyun beş üzvü həlak olub, daha bir neçə nəfər yaralanıb. Xeyli yük maşını yandırılıb, mühüm humanitar təchizata zərər yetirilib", - birgə bəyanatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   BMT  


Bizi "telegram"da izləyin