Qrossi: "Ukraynanın energetika naziri ilə enerji infrastrukturunun bərpasını müzakirə etdik"

2024/05/1716269807.jpg
Oxunub: 392     14:12     03 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Ukraynada səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib

"Ukraynanın energetika naziri German Qaluşenko ilə enerji infrastrukturunun bərpası məsələsini, o cümlədən Xmelnitski AES-də yeni enerji bloklarını, Çernobıl AES-in təmirini və yarımstansiyaların vəziyyətinin qiymətləndirilməsini müzakirə etdim", - o qeyd edib.

Daha əvvəl R.Qrossinin Ukrayna və Rusiyaya səfər edəcəyi barədə məlumat verilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   Ukrayna  


Bizi "telegram"da izləyin