Tramp İraqdan Suriyanın yeni hökumətini dəstəkləməsini istəyib

2024/12/1734116042.jpg
Oxunub: 480     03:44     06 Yanvar 2025    
Donald Trampın İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərərək, İraqdan Suriyanın yeni hökumətinə dəstək verməsini istədiyi bildirilib.

Ordu.az xəbər verir ki, belə bir iddia İraq mətbuatında yer alan bir xəbərdə öz əksini tapıb.

İraq mətbuatında adı açıqlanmayan mənbəyə əsaslanan xəbərə görə Tramp İraqın baş naziri Məhəmməd Sudaniyə xüsusi mesaj göndərib.

Mesajın Trampın nümayəndəsinin gizli səfəri zamanı verildiyini bildirən mənbə, Trampın İraqda dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qrupları zərərsizləşdirmək və bu qrupların fəaliyyətini məhdudlaşdırmaq, İrana bağlı qrupların fəaliyyətini dayandırmaq istədiyini bildirib.

İddiaya görə mesajda həmçinin İraqın Suriya məsələsinə qarışmaması və yeni Suriya hökumətinin qurulması üçün dəstək verilməsini istədiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İraq   Suriya  


Bizi "telegram"da izləyin