Ukraynanın XİN rəhbəri Rusiyaya qarşı sanksiyaların effektivliyini artırmağa çağırıb

2025/01/1736098535.jpg
Oxunub: 458     00:08     06 Yanvar 2025    
“Moskvanın təbliğat iddiasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalar öz işini görür. Ancaq onları daha da təsirli etmək lazımdır”.

Ordu.az-ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazir sanksiyaların effektivliyini hansı sahələrdə gücləndirmək lazım olduğunu açıqlayıb:

“Biz onları daha səmərəli etməliyik. Boşluqları bağlamaq və bir çox sahələrdə təzyiqi artırmaq lazımdır. Xüsusən də kölgə donanması, metallurgiya, LNG, dondurulmuş aktivlər, nüvə enerjisi, hərbi sənaye, informasiya texnologiyaları sahəsində”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin