Husilər İsrailin “Orot Rabin” elektrik stansiyasına hücum ediblər

2024/11/1732249669.jpg
Oxunub: 556     17:25     05 Yanvar 2025    
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs raketindən istifadə edərək İsrailin şimal-qərbində yerləşən Orot Rabin elektrik stansiyasına hücum ediblər.

Ordu.az xəbər verir ki, bunu üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.

O qeyd edib ki, “Orot Rabin” elektrik stansiyasına “Fələstin 2” hipersəsli ballistik raketi ilə hücum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin