İsrail ordusu Qəzzada HƏMAS-ın 100-dən çox hərbi obyektinə hücum edib

2024/11/1732856593.jpg
Oxunub: 518     14:58     05 Yanvar 2025    
İsrail Hərbi Hava Qüvvələri son günlər Qəzza zolağında 100-dən çox hərbi obyektə hücum edib və onlarla "HƏMAS" hərəkatının üzvünü məhv edib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

Məlumata əsasən, bu hücum Fələstin anklavından İsrailə davam edən raket hücumlarına cavab olaraq həyata keçirilib.

"Həftə sonu ərzində "HƏMAS" terror təşkilatı Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyatın başçılıq etdiyi əməliyyatda İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 100-dən çox terrorçu hədəfə zərbələr endirib və onlarla HƏMAS terrorçusunu məhv edib", - deyə bildirilib.

Bundan əlavə, İsrail ordusu ölkə ərazisini atəşə tutmaq üçün istifadə edilən “bir sıra buraxılış qurğularını vurub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin