Rusiyada üç aeroportda uçuşlara müvəqqəti məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

2025/01/1736064480.jpg
Oxunub: 708     12:30     05 Yanvar 2025    
Rusiyada daha iki aeroportda uçuşlara müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Qeyd edilib ki, Nijnekamsk və Perm aeroportlarında uçuşlara müvəqqəti məhdudiyyət ardan qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl İjevsk aeroportunda uçuşlara qoyulan məhdudiyyət aradan qaldırılmışdı.

***

Rusiyada Nijnekamsk, İjevsk və Perm hava limanlarında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verilib.

Təyyarələrin ekipajları, dispetçerlər və hava limanının digər xidmətləri təhlükəsizliklə bağlı lazımi tədbirlər görür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hava-limanı  


Bizi "telegram"da izləyin