Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb

2024/08/1723099106.jpg
Oxunub: 1039     08:44     05 Yanvar 2025    
Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.

“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.

Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.

Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.

Xatırladaq ki, ötən ilin iyulunda ölkənin Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğramışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin