İsrail hərbçiləri İordan çayının qərb sahilində iki fələstinlini həbs edib

2024/08/1724386913.jpg
Oxunub: 514     07:29     05 Yanvar 2025    
İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı iki fələstinlini həbs edib və Hebron yaxınlığındakı bir neçə evdə axtarış aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

Həmçinin bildirilir ki, hərbçilər Cenin şəhərinin cənub-qərbində yerləşən Yaabad qəsəbəsinə basqın ediblər və bu, yerli sakinlərlə toqquşmaya səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İordan-çayı  


Bizi "telegram"da izləyin