Ordu.az xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“Danışıqların dayandırılmasından sonra mən belə hərəkət edəcəyəm: yaxın günlərdə federal kansler və AXP rəhbəri vəzifələrindən gedəcəyəm və nizamlı keçidi təmin edəcəyəm”, – o deyib.
Nehammerin sözlərinə görə, AXP uzun və səmimi danışıqlar aparıb, lakin Avstriya Sosial Demokrat Partiyası (ASP) ilə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayıb.
“Xalq Partiyası öz vədlərinə sadiq qalır: biz güzəştlərə və biznesə qarşı tədbirlərə, eləcə də yeni vergilərin tətbiqinə razı olmayacağıq. Buna görə də biz ASP ilə danışıqları dayandırırıq və davam etdirməyəcəyik”, – o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan “Yeni Avstriya – Liberal Forum” (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.
Ordu.az