Avstriya Xalq Partiyası sosial demokratlarla koalisiya danışıqlarını dayandırıb

2025/01/1736017386.jpg
Oxunub: 598     00:17     05 Yanvar 2025    
Avstriya Xalq Partiyası (AXP) sentyabr ayında keçiriləcək parlament seçkilərindən sonra Avstriya Sosial Demokrat Partiyası ilə potensial hakim koalisiya yaradılması üzrə danışıqları rəsmi olaraq dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə "Die Presse" qəzeti məlumat yayıb.

AXP-nin lideri və hazırkı kansler Karl Nehammerin sözçüsü mövzu ilə bağlı açıqlamasında bildirib: "Biz bütün mümkün yolları sınadıq, lakin əsas məsələlərdə razılığa gəlmək mümkün olmadı".

Bu qərardan əvvəl Yeni Avstriya - Liberal Forum partiyası da AXP və sosial demokratlarla üçlü koalisiya danışıqlarından çəkildiyini açıqlamışdı. Daha əvvəl ölkə prezidenti Aleksander Van der Bellen Karl Nehammerə yeni hökumət formalaşdırmaq üçün mandat vermişdi. Tərəflər arasında üçlü koalisiyanın yaradılması ehtimalı üzərində müzakirələr aparılırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AXP   Koalisiya  


Bizi "telegram"da izləyin