Qətər Suriyaya bütün sahələrdə dəstəyini ifadə edib

2024/10/670ee-1729054882.jpg
Oxunub: 572     20:25     04 Yanvar 2025    
Qətərin dövlət naziri Məhəmməd əl-Xuleyfi və Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən əl-Şibani telefonla ölkədəki vəziyyəti müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı əl-Xuleyfi Qətərin Suriyaya bütün sahələrdə, xüsusilə humanitar sahədə dəstəyini davam etdirəcəyini bildirib.

Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri də öz növbəsində Dohanın Suriya xalqına qarşı güclü mövqeyinə görə minnətdarlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Suriya  


Bizi "telegram"da izləyin