“Leonardo” İspaniyanın reaktiv təlim təyyarəsi tenderində “Hürjet” ilə rəqabət aparır

2025/01/1735988946.jpg
Oxunub: 833     11:08     05 Yanvar 2025    
İtaliyanın “Leonardo” şirkəti İspaniyanı TUSAŞ-ın “Hürjet” təklifi əvəzinə M-346 Qabaqcıl Reaktiv Təllim Təyyarəsini seçməyə razı salmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “InfoDefensa” nəşri məlumat yayıb.

Dekabrın 20-də İspaniya Müdafiə Nazirliyi İspaniya Aerokosmik Qüvvələrinin kursant qırıcı pilotları üçün “qabaqcıl təlim sistemi” hazırlamaq məqsədilə Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə anlaşma memorandumu imzaladığını açıqlayıb.

İspaniyanın seçimi TUSAŞ-ın hazırladığı “Hürjet” təlim təyyarəsinə əsaslanır.

Türkiyə ilə bu razılaşma “Hürjet”in seçilmə ehtimalını yaxınlaşdırır.

“InfoDefensa” bildirib ki, İtaliya qrupundan bir nümayəndə heyəti bu yaxınlarda Madridə səfər edib və öz təyyarələrini Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi general Fransisko Brakoya təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Hürjet   TUSAŞ  


Bizi "telegram"da izləyin