Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

2025/01/1735970051.jpg
Oxunub: 517     14:53     04 Yanvar 2025    
Almaniya Kiyevin müdafiəsini gücləndirmək üçün Ukraynaya yeni hərbi yardım paketi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, paketə 15 ədəd “Leopard” 1A5 tankı, 1 ədəd yaxın və 1 ədəd orta mənzilli raketlə IRIS-T Hava Hücumundan Müdafiə (HHM) sistemi, 2 ədəd “Patriot” HHM sistemi, 68 pilotsuz uçuş aparatı və əlavə avadanlıq daxildir.

Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Berlin Federal Silahlı Qüvvələrin ehtiyatlarından təxmini 5,7 milyard dollar dəyərində təchizat çatdırıb.

10.000-dən çox Ukrayna hərbi qulluqçusu da Almaniyada hərbi təlim keçib və bununla bağlı xərclər təxminən 308 milyon dollar təşkil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin