Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“İnanıram ki, yaxın günlərdə siz Ramştayn formatının yeni iterasiyasını görəcəksiniz”, - deyə o qeyd edib.
Con Kirbi, görüşün vaxtı haqqında danışarkən deyib: “Görüşün idarəmizin müddətinin sonuna qədər (20 yanvar -Qeyd) baş tutacağı qətidir”.
Eyni zamanda o, təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir hərbi yardım ayıracaq:
“Ukraynaya gəldikdə, mən inanıram ki, yaxın günlərdə təhlükəsizlik yardımı ilə bağlı əlavə məlumatlar ala bilərsiniz. Bəlkə Pentaqon sizə daha çox məlumat verə bilər”.
Ordu.az