Fransada həbsxanada məhkum 4 nəfəri girov götürüb

2025/01/Franc-1735909915.jpg
Oxunub: 398     16:54     03 Yanvar 2025    
Fransanın cənubundakı Arl kommunasında yerləşən həbsxanada bıçaqla silahlanmış məhkum üç nəfər tibb işçisi və nəzarətçi də daxil olmaqla, 4 nəfəri girov götürüb.

Ordu.az xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Hazırda onunla danışıqların aparıldığı bildirilsə də, tələblərinin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, 90-cı illərdə inşa olunan həmin cəzaçəkmə müəssisəsi 159 məhbusun saxlanılması üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Həbsxana  


Bizi "telegram"da izləyin