Ukraynanın “Su-25” döyüş təyyarəsi ilk dəfə AASM “Hammer” bombalarından istifadə edərkən görüntülənib

2025/01/1735894178.jpg
Oxunub: 541     15:48     04 Yanvar 2025    
Ukraynaya məxsus “Su-25” döyüş təyyarəsi ilk dəfə Fransa istehsalı olan AASM “Hammer” bombalarından istifadə edərkən görüntülənib.

Ordu.az xəbər verir ki, ukraynalı pilotların yayımladığı videoda “Su-25” döyüş təyyarəsi AASM “Hammer” bombalarından istifadə edir.

Ukrayna “Su-25”ləri Sovet istehsalı idarə olunmayan sursat ehtiyatlarının tükənməsi və Qərb mənşəli sursatların azalmağa başlaması ilə 2024-cü ilin iyun ayında Fransa istehsalı olan AASM “Hammer” idarəolunan bombalarından istifadə etməyə başlayıb.

Ukraynaya məxsus “Su-25 Frogfoot”u iş başında göstərən və 2025-ci il yanvarın 1-də internetdə yayımlanan yeni bir video Sovet istehsalı olan yaxın hava dəstək təyyarəsinin ilk dəfə Fransa istehsalı olan AASM “Hammer” idarəolunan bombasından istifadə etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Su-25  


Bizi "telegram"da izləyin