Filippin əlavə T-129 “Atak” helikopterlərinin tədarükünə hazırlaşır

2025/01/1735888234.jpg
Oxunub: 934     10:08     05 Yanvar 2025    
Filippin Hərbi Hava Qüvvələri (HHQ) istismardan çıxardığı AH-1S “Cobra” hücum helikopterlərini əvəz etmək üçün Türkiyədən əlavə T-129 “Atak” helikopterləri almaq istəyir.

Ordu.az xəbər verir ki, Filippin HHQ 2024-cü il dekabrın 28-də “Rockwell OV-10 Bronco” yüngül hücum təyyarələri və “Bell AH-1S Cobra” hücum helikopterlərindən ibarət parkını rəsmi olaraq istismardan çıxarıb.

İstismardan çıxarılma mərasimi 2024-cü il dekabrın 28-də Mayor “Danilo Atienza” aviabazasında keçirilib.

Filippin HHQ-nin verdiyi açıqlamada mərasimin orduya üstün xidmətlər göstərmiş bu hörmətli platformalar üçün bir dövrün sonu olduğu bildirilib.

Məlumata görə, platformaların istismardan çıxarılmasının əsas səbəbi kimi ehtiyat hissələrin əldə edilməsində artan çətinliklər göstərilir.

Bundan əlavə, Filippinin istismardan çıxmış təyyarələri əvəz etmək məqsədilə 6 ədəd T-129 “Atak” hücum helikopteri və 12-dən 18-ə qədər A-29B “Super Tucano” yüngül hücum təyyarəsi almaq üçün işlərə başladığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   T-129  


Bizi "telegram"da izləyin