Özbəkistanın KC/C-390 “Millennium” nəqliyyat təyyarələrini alacağı iddia edilir

2025/01/1735885219.jpg
Oxunub: 661     15:18     05 Yanvar 2025    
Özbəkistanın “Embraer” şirkətinin istehsalı olan KC/C-390 “Millennium” nəqliyyat təyyarələrini alacağı iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Sa Defensa” tərəfindən edilən paylaşımda bildirilib.

Məlumata görə, sözügedən tədarüklə Özbəkistan KC/C-390 nəqliyyat təyyarəsinin 11-ci alıcısı olacaq.

Özbəkistan Hərbi Hava Qüvvələrini (HHQ) modernləşdirmək səyləri çərçivəsində Qərb ölkələri tərəfindən istehsal edilən “Airbus” C-295W kimi yüngül nəqliyyat təyyarələri və “Airbus Helicopters” tərəfindən istehsal olunan müxtəlif helikopterlər satın alıb.

Sovet dövründən miras qalmış köhnə təyyarə parkını mərhələli şəkildə ləğv etməklə, HHQ-nin əməliyyat effektivliyini artırmağı qarşısına məqsəd qoyan Özbəkistan sovet dövründən qalma təyyarələrini istehsaldan çıxarmaq istəyən yeganə Mərkəzi Asiya ölkəsi deyil.

Bu kontekstdə 2023-cü ilin oktyabr ayının sonunda Qazaxıstan da oxşar addım atıb və istifadəyə yararsız olan Soyuq müharibə dövründən qalma yüzlərlə Rusiya istehsalı döyüş təyyarəsini hərraca çıxararaq, parkını modernləşdirmək səylərinə qoşulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Embraer  


Bizi "telegram"da izləyin