Ordu.az xəbər verir ki, düşmənin PUA-larına və kəşfiyyat sistemlərinə qarşı müqavimət göstərmək üçün nəzərdə tutulan PUA Ukrayna operatorları tərəfindən sınaqdan keçirilib.
Almaniyada yerləşən müdafiə sənayesi istehsalçısı TYTAN tərəfindən hazırlanan PUA İran tərəfindən hazırlanmış “Shahed” PUA-larını və düşmən kəşfiyyat PUA-larını bloklamaq üçün nəzərdə tutulub.
Saatda 300 km sürətə çata bilən və 20 kilometr mənzilə sahib olan PUA yüksək sürətli toqquşmalar üçün istifadə olunacaq və istehsalçı, həmçinin PUA-nı süni görmə texnologiyası ilə işləyən avtomatik hədəfləmə sistemi ilə təchiz edib.
“Brave1” hərtərəfli müdafiə həlləri yaratmaq üçün beynəlxalq istehsalçılar və ukraynalı tərtibatçılar arasında tərəfdaşlığı fəal şəkildə təşviq edir.
“Brave1” nümayəndələri açıqlamalarında qeyd ediblər: “Biz istehsalçını ukraynalı tamamlayıcı həll tərtibatçıları ilə uyğunlaşdırmaq üçün çalışırıq. Bu tərəfdaşlıq həm alman tərəfinə, həm də yerli innovatorlara fayda verəcək”.
Sevinc Əliyeva
Ordu.az