Yaponiya Nazirlər Kabineti rekord müdafiə büdcəsini təsdiqləyib

2025/01/1735884470.jpg
Oxunub: 609     12:07     05 Yanvar 2025    
Şimali Koreya raketlərinin atış mənzili daxilində olan və İkinci Dünya müharibəsinin bitməsindən etibarən hələ sülh müqaviləsi imzalamadığı Çin və Rusiya ilə ərazi mübahisələri olan Yaponiya hərbi büdcəsini növbəti dəfə artırıb.

Ordu.az xəbər verir ki, Yaponiya Nazirlər Kabineti ardıcıl 13-cü dəfə artıma gedərək, 55,13 milyard dollarlıq (8,7 trilyon yen) yeni müdafiə büdcəsini təsdiqləyib.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müdafiə büdcəsi layihəsi Yaponiyanın 2022-ci ildə qəbul edilmiş Müdafiənin Yenidən Qurulması Proqramı çərçivəsində davam edən beş illik hərbi quruculuğunun üçüncü ilinə təsadüf edir.

Son aylarda Çin casus təyyarəsinin Yaponiya hava məkanına daxil olması, ərazi sularının pozulması, arxipelaq ətrafında Çin-Rusiya patrul missiyaları və Şimali Koreyanın ballistik raket təhlükəsi kimi müxtəlif gərginliklər Tokio rəhbərliyini müdafiə xərclərini artırmağa məcbur edir.

Yaponiya 2025-ci maliyyə ilinin sonunda uzaq hədəfləri vura bilən uzun mənzilli raketlərlə cavab qabiliyyəti əldə etmək səylərinin bir hissəsi olaraq ABŞ istehsalı olan “Tomahawk”ları yerləşdirməyə hazırlaşır.

Büdcə uzun mənzilli raketləri, peyk bürclərini və digər arsenalları özündə birləşdirən “uzaqdan müdafiə” sistemi üçün 940 milyard yen (6 milyard dollar) ayırır.

Yaponiya ölkənin müdafiə sənayesində birgə inkişafa diqqət yetirərək və xarici satışları təşviq edərək, yerli müdafiə sənayesini böyük ölçüdə gücləndirməyə çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Nazirlər-Kabineti  


Bizi "telegram"da izləyin