Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq

2024/07/1719901184.jpg
Oxunub: 192     11:57     02 İyul 2024    
İraqın paytaxtı Bağdadda Türkiyə və Suriya nümayəndələri arasında görüş olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər.

Görüşün dəqiq tarixi hələ ki açıqlanmayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bağdad   Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin