Erməni ekspert: “Almaniyada Aİ-yə daxil olmaq üçün referendum keçirmək istədiyimizi dedim, gülməyə başladılar”

2024/06/1719564611.jpg
Oxunub: 309     17:16     28 İyun 2024    
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanatları ilə Türkiyə və Azərbaycanı sevindirirlər”.

Ordu.az xəbər verir ki, bunu Stenford Universitetinin doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, diplomatiyada bu cür keyfiyyətə malik bəyanatlar istisna edilməlidir, bu, sadəcə olaraq Ermənistan-Rusiya münasibətlərini pisləşdirir.

“Burada sual yaranır: Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan kim idi və ya Qarabağın hər zaman Azərbaycanın bir hissəsi olduğunu deyən kim idi? Sadəcə olaraq 5000 nəfəri qurban vermək lazım idi ki, bunu başa düşsünlər”, - deyə Xaçikyan qeyd edib.

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendumun keçirilməsi təklifinə gəlincə, Xaçikyan bildirib ki, bunu təklif edənlər pullu, ciddi siyasətlə heç bir əlaqəsi olmayan aktorlardır.

“Almaniyada Aİ-yə daxil olmaq üçün referendum keçirmək istədiyimizi dedim, gülməyə başladılar. Belə məsələlər bu variantda həll olunmur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Almaniya  


Bizi "telegram"da izləyin