Erməni ekspert: “Rusiyanın Qarabağı Azərbaycana verdiyi dərəcədə zəifsinizsə, deməli suverenliklə bağlı bütün sözləriniz dəyərsizdir”

2024/06/1719473114.jpg
Oxunub: 211     11:02     28 İyun 2024    
“Fələstin problemi Ermənistanda həm elmi, həm də tarixi baxımdan ən yaxşı öyrənilmiş problemdir, yəni bu bizə çox tanış olan problemdir və qabaqlayıcı amil ola biləcək addım atmaq olardı”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, erməni tarix elmləri doktoru Ruben Melkonyan deyib.

Onun sözlərinə görə, Türkiyənin Fələstin dövlətinin Ermənistan tərəfindən tanınmasında maraqlı olduğuna əsaslı şübhə ola bilər.

“Ciddi diplomatiya baxımından bu addım uzun düşünülmüş və çəkili olmalıdır. Xüsusilə Yaxın Şərq kimi mürəkkəb bir regionla qarşılaşdığımız zaman bu, bənzər incə diplomatik addım olmalı idi. İran halını nəzərə almamaq ciddi deyil, amma Ermənistanın addımları səthidir və hesablanmış addım təsiri bağışlamır. Əgər siz, dediyiniz kimi, Rusiyanın Qarabağı sizin əlinizdən götürüb, Azərbaycana verdiyi dərəcədə zəifsinizsə, deməli suverenliklə bağlı bütün sözləriniz dəyərsizdir”, - deyə Melkonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Fələstin   Qarabağ  


Bizi "telegram"da izləyin