İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib

2023/03/63da5-1679854810.jpg
Oxunub: 267     18:52     26 İyun 2024    
İsrail ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant videomüraciətdə deyib.

Onun sözlərinə görə, indi Fələstinin "HƏMAS" hərəkatının nümayəndələri buna öz razılığını verməlidirlər.

"Biz İsrailin qəbul etdiyi prezident [Baydenin] təklifini qətiyyətlə dəstəkləyirik və indi "HƏMAS" bunu qəbul etməlidir, əks halda bunun fəsadları ilə üzləşəcək", - deyə nazir qeyd edib.

Y.Qalant vurğulayıb ki, İsrail birinci növbədə Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq və öz xalqını qorumaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Qəzza  


Bizi "telegram"da izləyin