ABŞ İsraillə dayandırılmış bomba tədarükünün bərpasını müzakirə edir

2024/06/2024--1719643090.jpg
Oxunub: 203     14:52     29 İyun 2024    
ABŞ İsraillə Rəfahdakı müharibə ilə bağlı narahatlıqlar səbəbindən may ayında dayandırılmış 500 kiloqramlıq bombaların tədarükünün bərpasını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Rəsmi deyib ki, məsələ İsrailin müdafiə naziri Yoav Qallantın bu həftə Vaşinqtona səfəri zamanı müzakirə edilib.

“Axios” daha əvvəl ABŞ və İsrail rəsmisinə istinad etdiyi xəbərində ABŞ-nin bombaları çatdırmağa hazırlaşdığını qeyd edib.

ABŞ-nin yüksək rütbəli rəsmisinin bildirdiyinə görə, prezident Co Baydenin yüksək səviyyəli köməkçiləri Qallanta deyiblər ki, Vaşinqton bu məsələ araşdırılarkən, İsrailə ağır bombaların göndərilməsini dayandırıb.

Qeyd edək ki, Bayden may ayında Qəzzada daha çox fələstinli mülki vətəndaşın ölümünə səbəb ola biləcəyi ilə əlaqədar tədarükü dayandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Rəfah  


Bizi "telegram"da izləyin