“Ermənistan ərazisindən Naxçıvanla quru əlaqənin yaradılması İranla münasibətlər kontekstində Azərbaycan üçün vacibdir” - Lyuk Kofin

2024/06/dsdfs-1719384088.jpg
Oxunub: 344     17:24     26 İyun 2024    
“Ermənistan ərazisindən Naxçıvanla quru əlaqənin yaradılması İranla münasibətlər kontekstində Azərbaycan üçün vacibdir, çünki Azərbaycan İrandan asılılığı minimuma endirmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi Lyuk Kofin deyib.

Onun sözlərinə görə, Bakı ilə Tehran arasındakı münasibətlər kənardan çox isti görünür.

“Bakı ilə Tehran arasındakı münasibətlər kənardan çox isti görünür, lakin sizi əmin edə bilərəm ki, daxildə bu münasibətlər kifayət qədər mürəkkəbdir. Azərbaycanlıların Ermənistan ərazisindən keçməklə, Azərbaycanın qərb hissəsini Naxçıvana birləşdirəcək bu tranzit dəhlizinə sahib olmaq istəmələrinin səbəbi isə odur ki, indi Azərbaycan İranın quru ərazisindən və İranın hava məkanından asılıdır. Onlar Naxçıvana ilkin tələbat mallarının verilməsində İrandan asılıdırlar”, - deyə Kofin qeyd edib.

Kofin iddia edib ki, Azərbaycan Naxçıvanı təbii qazla təmin etmək üçün İrandan asılıdır və bu, Türkmənistanın təbii qaz mübadiləsi sazişi vasitəsilə həyata keçirilir.

“Bu problemi həll etmək üçün Azərbaycan hazırda Türkiyə ilə birlikdə Türkiyədən Naxçıvana qaz çatdıracaq qaz kəmərinin tikintisi üzərində işləyir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Naxçıvan  


Bizi "telegram"da izləyin